Foto çək, məhsulu yaxşı göstər
İlk təəssürat çox vaxt şəkillərlə formalaşır. Ona görə məhsulun ön, arxa və detallı görüntülərini əlavə etmək tövsiyə olunur. Təmiz fon, yaxşı işıq və məhsulun real rəngini göstərən fotoşəkillər daha inandırıcı görünür.
Əgər məhsulda hər hansı xırda istifadə izi varsa, bunu gizlətmək əvəzinə göstərmək daha düzgün yanaşmadır. Bu, alıcı etimadını artırır və sonradan anlaşılmazlığın qarşısını alır.